Məna inkişafı

1. Tərcümə zamanı lüğət uyğunluğunun məntiqi şəkildə onunla bağlı kontekstuallıqla dəyişilməsi (predmet burada onun əlaməti, proses - predmetlə əlamət - predmet, yaxud proseslə əvəz oluna bilər). 2.Tərcümə üsulunun mahiyyəti, əgər tərcümə zamanı ilkin vahidlər onların leksik (lüğət) uyğunluğu ilə yox, öz məqamları etibarı ilə onunla üst-üstə düşmürsə, digər vahidlərlə dəyişilir, əvəzlənir. Bu üsuldan müxtəlif çeşidli mətnlərin tərcüməsində istifadə olunur.
Məna informasiyası
Məna invariantı
OBASTAN VİKİ
Məna
Məna (fəlsəfə) Məna (psixologiya) Məna (dilçilik) - dilçilikdə termindir.
Köməkçi məna
Köməkçi məna bir sözün əsas mənası ilə əlaqədar zamanla ortaya çıxan fərqli mənaların hər birisidir. Sözün əsas (birinci) mənasından başqa, ancaq əsas məna ilə çox və ya az yaxınlığı olan yeni məna köməkçi məna adlanır. Yaxınlıq və oxşarlıq ümumiyyətlə bir sözün köməkçi mənasını qazanmasında mühüm rol oynayır. Köməkçi mənalar əsas məna ilə birlikdə həqiqi mənaları təşkil edir. Məsələn, "göz" dedikdə ağla gələn ilk şey sözün əsas mənası olan orqan adıdır. Lakin "iynənin gözü", "çantanın gözü", "masanın gözü" kimi ifadələr bənzətmə ilə əldə edilən yeni mənalardır. Bunlara köməkçi mənalar deyilir.
Məna (dilçilik)
Məna sözün bildirdiyi fikirdir. Sözlər birdən çox məna verə bilər. Bu vəziyyətdə mənaların biri orijinal məna, digəri köməkçi məna, başqa biri metaforik mənadır. Sözlər zamanla zənginləşə və ya mənasını itirə bilər. Onların mənasını itirməsinə məna kiçilməsi, yeni mənalar qazanması hadisəsinə isə məna genişlənməsi deyilir. Semantika sözlərin mənalarını və onların zamanla dəyişilməsini müşahidə edir. Sözlər həqiqi və məcazi mənada olurlar. Bəzi sözlər tarixi dövr ərzində həqiqi mənasını itirərək slenqə çevrilir. Bəzi sözlər çox mənalıdır: Gül kimi və yaxud dil kimi. Bəzi sözlər geniş mənalarından əvvəl dar məna ifadə edirlər.
Məna (dəqiqləşdirmə)
Məna (fəlsəfə) Məna (psixologiya) Məna (dilçilik) - dilçilikdə termindir.
Məna sürüşməsi
Məna sürüşməsi — sözün istifadəsinin təkamülü ilə əlaqəli dil dəyişikliyinin forması, sözün müasir mənasında onun əsl (tarixi) söz ilə fərqlənməsi. Diaxronik (və ya tarixi) dilçilikdə məna sürüşməsi sözün bir mənasından başqa mənasına keçməkdir. == Nümunələr == Kişi - Əvvəlcə söz sadəcə "insan" (qadınlar da daxil) demək idi. Hal-hazırda başqa türk dillərində "kişi", "keşe", "kisi" və s formalarında "insan" mənasını daşıyır. Tanrı - əvvəlcə "göy, asiman" demək idi. Hun türkləri bu sözü "göy, asiman" mənasında "teŋri" şəklində istifadə edirdilər, onlar isə bu sözü çincə "çeŋli" sözündən törədiblər. Qızıl - sözün əsl mənası "qırmızı"dır. Azərbaycan dilində "qızılbaş", "qızılgül" kimi sözlərdə də "qırmızı" mənasını daşıyır, lakin müasir Azərbaycan dilində məna sürüşməsi oldu.
Namiq Məna
Namiq Məna (1 noyabr 1971, Sumqayıt) — Azərbaycan meyxanaçısı, bədihəçi şairi. AYB Qubadlı Regional Bölmənin sədri, Mədəniyyət və Turizm Nazirliyinin Sumqayıt regional idarəsinin əməkdaşı. Yeni Azərbaycan Partiyasının üzvüdür. == Həyatı == Namiq Həsən oğlu Əliyev 1 noyabr 1972-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Zəngəzurdandır. 28 saylı orta məktəbi bitirib. Mədəniyyət və İncəsənət universitetinin dram teatrı və kino aktyorluq fakultəsini bitirib. 10 yaşından şeir yazmağa başlayıb. Şifahi xalq ədəbiyyatının bir qolu olan bədihə (meyxana) janrı ilə fəaliyyət göstərib. Qoyma ay qardaş vətən əldən gedir, Xəzan gəlibdir, Çəmən əldən gedir.
Əsas məna
Əsas məna; Bir sözün ortaya çıxmasına səbəb olan, həmin sözün zehndə meydana gətirdiyi ilkin mənasıdır. Bu mənadan əmələ gələn və sıx əlaqəli olan yeni mənalar törəmə mənalar adlanır. Əsas və köməkçi mənalar birlikdə “həqiqi mənaları” təşkil edir. Məsələn, “ayaq” sözü canlılardakı əzalardan biridir. Bu məna sözün əsas mənasıdır. Eyni söz masa ayağı üçün istifadə edildikdə, törəmə mənalardan birinə çevrilir. Aşağıdakı cümlələrdə altından xətt çəkilmiş sözlər əsas mənalarında istifadə olunmuşdur: Həkim ağrıyan gözümü diqqətlə müayinə etdi. Uşaq ağzını salfetlə sildi. Tez otağın qapısını bağladım.
Məna (fəlsəfə)
Məna — hər sözcüyün izah etdiyi düşüncədir. Sözlər birdən çox anlama gələ bilər. Bu vəziyyətdə mənalardan biri digərləri üçün məcazi mənadır. Sözlər zamanla yeni mənalar götürərək zənginləşə bilər. Zamanla mənalarının itirmələrinə məna daralması deyilir. Dar mənası olan sözlərin mənalarının genişləməsinə də məna genişləməsi deyilir.
Həşəratın inkişafı
Həşəratın inkişafı — Həşəratın inkişafı bir neçə mərhələdə gedir. == Yumurta mərhələsi == Həşəratın böyük əksəriyyəti yumurta qoymaqla çoxalır. Rüşeymin və sürfənin inkişafı xarici mühitdə gedir. Bəzən elə olur ki, embirional inkişaf dişi fərdin bədənində gedir və sürfə doğulur. Yumurta hüceyrəsində yumurta sarısında vardır. Bu, rüşeymin qidalanmasında və inkişafında mühüm əhəmiyyətə malikdir. Həşərat yumurta qoyduqdan sonra yumurtanın embrional inkişafı başlayır. Yumurtanın bölünməsi ilə yeni qız nüvələri əmələ gəlir. Çoxlu qız nüvələri nəticəsində blastoderma adlanan bütov hüceyrə qatı əmələ gəlir. Həşəratın yumurtası qidalı maddələrlə, yəni sarılıqla çox zəngindir və ona görədə nüvənin bölünməsi səthi gedir.
İnsanın inkişafı
İnsanın inkişafı — insan orqanizminin inkişafı və yetkinləşməsi prosesində onun strukturunda (morfologiyasında) və fəaliyyətində baş verən dəyişikliklər. Digər orqanizmlərdə olduğu kimi, bura embrion (döl) inkişafı - mayalanmadan doğuşa qədər və post-embrional inkişaf daxildir . Bəzən insan inkişafı çərçivəsində yalnız postembrional inkişaf nəzərdə tutulur . İnsanın inkişafı qeyri-bərabər şəkildə baş verir, o, tədricən kəmiyyət dəyişikliklərinin və keyfiyyət sıçrayışlarının uzun dövrlərini əhatə edir. İnkişaf prosesində morfoloji və funksional dəyişikliklər bir-birinə bağlıdır: yeni funksiyaların formalaşmasının əsasında müxtəlif orqanların strukturunda yaranan ağırlaşmalar dayanır. Fərqli bədən sistemləri eyni vaxtda olmayan və fərqli sürətlə inkişaf edir (heteroxroniya). == İnkişaf dövrləri == Tibbi baxımdan yaş dövrləşdirilməsi orqanizmin yaşa uyğun anatomik və fizioloji xüsusiyyətlərinə əsaslanır. Uşaqlığın dövrləşdirilməsi üçün uşağa qulluq və tərbiyənin xüsusiyyətləri ilə əlaqəli ətraf mühit şəraitinə uyğunlaşma dərəcəsi nəzərə alınır. Aşağıdakı şərti bioloji yaş dövrləri ayırd edilir : === Uşaqlarda yaş dövrləri === Çağalıq dövrü (neonatal dövr) — ilk 4 həftə Südəmərlik dövrü: 4 həftədən 1 yaşa qədər. Bu zaman uşağın bədəni aktiv şəkildə inkişaf edir, ölçüsü 1,5-2 dəfə artır və eyni zamanda bədən çəkisi də artır.
Elmin İnkişafı Fondu
Azərbaycan Elm Fondu — Azərbaycan Respublikasının dövlət orqanıdır. Fond dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Hüquqi yaradılma prosesi 2009-cu il 21 oktyabr tarixində başlamış və təşkilatlanma mərhələsi faktiki olaraq 2010-cu il 30 aprel tarixində başa çatmışdır.15 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb. == Fondun vəzifələri == Elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın məqsədlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək; Azərbaycan Respublikasında elmi tədqiqatların stimullaşdırılmasını, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasını öz səlahiyyətləri daxilində təmin etmək; Elm sahəsində araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə elmi tədbirlərin (konfransların, simpoziumların, seminarların və s.) təşkili üzrə layihələri dəstəkləmək; Öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək; Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. == Elmin İnkişafı Fondu ilə bağlı sərəncam, fərman və qərarlar == Elmin İnkişafı Fondunun yaradılması və təşkilatlanması ilə bağlı və fəaliyyətini tənzimləyən aşağıdakı sərəncam, fərman və qərarlar verilmişdir: "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 526, 21 oktyabr 2009-cu il) (Əlavə 1). "E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 527, 21 oktyabr 2009-cu il) (Əlavə 2). "M.N.İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (20 sentyabr 2019-cu il) 5 "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı (№ 223, 19 fevral 2010-cu il) (Əlavə 3 və Əlavə 4). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi (19 fevral 2010-cu il) "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 742, 19 fevral 2010-cu il) (Əlavə 5). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (№ 70, 20 aprel 2010-cu il) (Əlavə 6). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 879, 30 aprel 2010-cu il) (Əlavə 7)."Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 oktyabr tarixli 1155 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş 2010-cu il 3 noyabr tarixli 199 nömrəli "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Qərarın 6-cı bəndinə əsasən Elmin İnkişafı Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılmış və adı çəkilən Qərarın 16 nömrəli əlavəsinə uyğun olaraq Elmin İnkişafı Fondunun icraçı direktorunun və işçilərinin aylıq vəzifə maaşlarının yeni sxemi müəyyən edilmişdir (Əlavə 8).
Medianın İnkişafı Agentliyi
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ― Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır. == Haqqında == Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. === Fəaliyyət istiqamətləri === Müvafiq sahənin inkişafını təmin etmək;Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nİzamnaməsi" ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Psixologiyanın filogenezdə inkişafı
Psixologiyanın filogenezdə inkişafı – Filogenez təkamül zamanı müxtəlif tip orqanizmlərin heyvan davranış və psixikasının yaranmasıdır. Filogenez həm də bütün tarix boyunca insanın psixikasının yaranması və inkişafı kimi xarakterizə olunur. Filogenezi heyvanın psixikasının evolusiyası və şüurun inkişaf tarixi olmaqla iki bölməyə bölmək olar. Filogenezin təməli (konsepsiyası) embrionologiyanın, fiziologiyanın, genetikanın və müqaisəli anatomiyanbın əsasında qurulur. Adaptasiyanın yaranması da filogenezdəki tədqiqatların daxilinə aiddir. İnsanin evolusiyası zamanı onun psixikasının dəyişməsini evolusiyanın bəpaeüdilməzliyi vəözünü tənzimi ilə xarakterizə etmək olar. Bu termin 1866-cı ildə E. Hekkel tərəfindən elmə gətirilmişdir. Rusiyada isə psixologiyanın filogenezində psixikanın inkişafı ilə A.N.Leontiyev məşğul olmuşdur. O,evolusiya prosesi zamanı psixikanın inkişaf blokunun əsnasında sensor psixikanı, intellekti, şüuru, perspektiv psixikanı ayırmışdır. Filogenezi həm də L.S.Viqotski tədqiq edərək ümumi tarixi mərhələdə onun insan psixikasının inkişafına spesifik təsirini göstərmişdir.
Relyefin alçalan inkişafı
Relyefin alçalan inkişafı- (rus. нисходящее развитие рельефа, ing. descending evolution of relief) denudasiya proseslərinin tektonik qalxmadan üstün olduğu şəraitdə baş verir. Relyefin alçalan inkişafı üçün mütləq və nisbi yüksəkliyin azalması, yamacların hamarlanması və peneplenin əmələ gəlməsi səciyyəvidir.
İnsan inkişafı indeksi
İnsan İnkişafı İndeksi (İİİ) — 1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatı"nda dünya ölkələrində əhalinin rifahını əks etdirən göstərici. Bu indeks əhalinin rifahını ÜDM-dən daha geniş şəkildə özündə ehtiva edir. İİİ insan inkişafının üç ölçüsünü özündə birləşdirir: uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır); təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır); layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti/AQP, gəlir əsasında hesablanır).Lakin, bu indeks insan inkişafının müfəssəl, hərtərəfli ölçü vasitəsi deyil. Məsələn, buraya gender və ya gəlir bərabərsizliyi, insan hüquqları və siyasi azadlıqların təmin olunması kimi göstəricilər daxil edilmir. Buna baxmayaraq, məhz bu indeks insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir. 2009-cu il hesabatındakı reytinq sistemi istisna olmaqla əvvəlki illərdə reytinq 3 kateqoriyaya bölünmüşdür. Əvvəlki sistemdə 1-dən 63-dək yerləri insan inkişafının yüksək, 64-dən 146-dək yerləri orta, daha sonra isə aşağı olduğu ölkələr tuturdu. 2009-cu ildən etibarən ölkələr 4 kateqoriyaya bölünür. Yeni sistemdə əvvəlkinə əlavə olaraq "çox yüksək" kateqoriyası daxil edilmişdir. == İndeksin hesablanması metodu == İstənilən x {\displaystyle x} göstəricisini qiyməti 0 və 1 arasında dəyişən indeksə çevirmək üçün aşağıdakı formuldan istifadə edilir: x {\displaystyle x} -indeks = x − min ( x ) max ( x ) − min ( x ) {\displaystyle {\frac {x-\min \left(x\right)}{\max \left(x\right)-\min \left(x\right)}}} burada: min ( x ) {\displaystyle \min \left(x\right)} və max ( x ) {\displaystyle \max \left(x\right)} təhlil edilən bütün ölkələr üzrə x {\displaystyle x} göstəricisinin minimal və maksimal qiymətləridir.
Azərbaycan Biznesinin İnkişafı Fondu
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (ing. Entrepreneurship Development Fund of the Republic of Azerbaijan) — sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi və təşviq edilməsi istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond ölkədə sahibkarlığın inkişafına dəstək verməklə qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü və idxalı əvəzedən məhsul istehsalının artırılmasına, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi ilə iqtisadiyyatda özəl sektorun payının daha da artırılmasına xidmət edir. == Tarixi == 12 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 269 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Əsasnamə"sinin təsdiq edilməsi ilə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyuldu.1993-cü ilin fevralından Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin xüsusi struktur bölməsi kimi yaradılan Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətə başlamışdır. 27 avqust 2002-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştli kreditlərin istifadəsində yaranmış problemlərin aradan qaldırılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Ümummilli lider Heydər Əliyevin 779 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"nin və ’’Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları’nın təsdiq edilməsi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmi yenidən qurulmuş və bununla da, Fond daha aktiv fəaliyyət fazasına daxil olmuşdur.31 iyul 2018-ci ildə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilmişdir.11 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayı Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb. Fond Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir. == Əsas vəzifələri == Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş bir sıra vəzifələri həyata keçirir: Fondun vəsaiti hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmək; Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitdən səmərəli və təyinatı üzrə istifadəni təmin etmək; Fonda təqdim olunan investisiya layihələrinin ekspertizasını həyata keçirmək; Sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək; Sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahəvi və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Fonda təqdim olunan investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək; Kreditlərdən öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydasını müəyyən etmək; Sahibkarlıq subyektlərinə zəruri hüquqi, iqtisadi və digər məlumatların toplanmasında və yayılmasında, bazar konyunkturunun öyrənilməsində, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında kömək etmək; İqtisadiyyatın sahələri üzrə beynəlxalq təcrübəni öyrənmək, müvafiq təhlil və araşdırmalar aparmaq; Sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək. == Fəaliyyət istiqamətləri == Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi ilə Fondun aşağıdakı fəaliyyət istiqamətləri müəyyən edilmişdir: Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək; Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək; Sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək;Müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq; Sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək. == Dəstək mexanizmləri == Sahibkarlığın inkişafı məqsədilə Fond maliyyələşdirmə, maarifləndirmə və məsləhət xidmətlərini həyata keçirir. Maliyyə dəstəyi mexanizmləri Güzəştli kredit mexanizmi — Fondun güzəştli kredit vəsaiti ölkənin sosial-iqtisadi inkişafı istiqamətləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin aktları ilə, eləcə də Fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet sahələr, xüsusilə qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
Bitkilərin böyümə və inkişafı
Bitkilərin böyümə və inkişafı — hər bir orqanizm fasiləsiz olaraq kəmiyyət və keyfiyyət dəyişiklərinə məruz qalır. Bütün elm sahələrində böyümə termini həmişə hansısa prosesin, hadisənin, göstəricinin artması, yüksəlməsi kimi izah olunur. Biologiyada böyümə adı altında "canlı sistemlərin və onların hissələrinin quruluş və həcimcə dönməyən artımı" başa düşülür. Böyümənin bu tərifindən göründüyü kimi, onun yalnız inteqral və miqdarı keyfiyyəti nəzərə alınır. Burada orqanizimin quruluş elementlərinin əmələ gəlmə sürəti və istiqaməti, bu proseslərin əsasını təşkil eden mürəkkəb mübadilə reaksiyalarının xarakteri öz əksini tapmamışdır. Bəzi dərslik və dərs vəsaitlərində böyümə, orqanizmin ölçülərin və çəkisinin artması kimi götərilir. . XX əsrin əvvələrində İost göstərirdi ki, orqanizimin ölçülərinin hər hansı artımı hələ böyümə deyil. Böyümə zamanı xarici mühitdəki, qeyri-üzvi birləşmələr canlı vəziyyətə keçir.Bir qədər sonra İ. M. Şmalhauzen canlı orqanizimlərin böyüməsinə belə tərif vermişdir: "canlı varlıqların böyüməsi, orqanizimin fəal hissəciklərinin kütləcə artımından ibarətdir. Bu zaman, orqanizimdə sərbəst enerjinin artımı yüksəlir". E. S. Bonder və bir sıra alimlər, o cümlədən, İ. M. Şmalhauzen böyümə adı altında,canlı protoplazmanın kütləsinin artmasını nəzərdə tuturdular.
Elektron Hökumətin İnkişafı Mərkəzi
Elektron Hökumətin İnkişafı Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxs yaradılıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 noyabr 2022-ci il tarixli yeni fərmanına əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.Mərkəz, dövlət-dövlət (G2G — government to government), dövlət-biznes (G2B — business to government), dövlət-vətəndaş (G2C — government to citizen) formatında elektron xidmətlərin yaradılmasını və icrasını həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 noyabr 2022-ci il tarixli Fərmanı ilə "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi Elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edildi. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edildi. == Fəaliyyət istiqamətləri == Elektron Hökumətin İnkişafı Mərkəzi dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı, xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətləri, e-viza verilməsi və rəqəmsal ödəniş sistemləri üzrə xidmətləri əhatə edir. Qeyd olunan sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübələr araşdırılır və vətəndaş ehtiyacları nəzərə alınmaqla innovativ yeniliklər tətbiq olunur. == Layihələr == === "myGov" === Vətəndaşların rəqəmsal portfeli rolunu oynayan "myGov" elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. "myGov"u əsas fərqləndirən xüsusiyyət, qabaqlayıcı hökumət konsepti əsasında fəaliyyət göstərməsidir. Vətəndaşlar "myGov" portalında (https://my.gov.az/intro/) qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yarada və burada dövlət qurumları tərəfindən verilmiş şəxsi məlumatları ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilirlər.
Elmin İnkişafı Fondu (Azərbaycan)
Azərbaycan Elm Fondu — Azərbaycan Respublikasının dövlət orqanıdır. Fond dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Hüquqi yaradılma prosesi 2009-cu il 21 oktyabr tarixində başlamış və təşkilatlanma mərhələsi faktiki olaraq 2010-cu il 30 aprel tarixində başa çatmışdır.15 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb. == Fondun vəzifələri == Elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın məqsədlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək; Azərbaycan Respublikasında elmi tədqiqatların stimullaşdırılmasını, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasını öz səlahiyyətləri daxilində təmin etmək; Elm sahəsində araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə elmi tədbirlərin (konfransların, simpoziumların, seminarların və s.) təşkili üzrə layihələri dəstəkləmək; Öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək; Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. == Elmin İnkişafı Fondu ilə bağlı sərəncam, fərman və qərarlar == Elmin İnkişafı Fondunun yaradılması və təşkilatlanması ilə bağlı və fəaliyyətini tənzimləyən aşağıdakı sərəncam, fərman və qərarlar verilmişdir: "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 526, 21 oktyabr 2009-cu il) (Əlavə 1). "E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 527, 21 oktyabr 2009-cu il) (Əlavə 2). "M.N.İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (20 sentyabr 2019-cu il) 5 "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı (№ 223, 19 fevral 2010-cu il) (Əlavə 3 və Əlavə 4). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi (19 fevral 2010-cu il) "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 742, 19 fevral 2010-cu il) (Əlavə 5). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (№ 70, 20 aprel 2010-cu il) (Əlavə 6). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 879, 30 aprel 2010-cu il) (Əlavə 7)."Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 oktyabr tarixli 1155 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş 2010-cu il 3 noyabr tarixli 199 nömrəli "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Qərarın 6-cı bəndinə əsasən Elmin İnkişafı Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılmış və adı çəkilən Qərarın 16 nömrəli əlavəsinə uyğun olaraq Elmin İnkişafı Fondunun icraçı direktorunun və işçilərinin aylıq vəzifə maaşlarının yeni sxemi müəyyən edilmişdir (Əlavə 8).
Medianın İnkişafı Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ― Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır. == Haqqında == Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. === Fəaliyyət istiqamətləri === Müvafiq sahənin inkişafını təmin etmək;Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nİzamnaməsi" ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Sahibkarlığın İnkişafı Fondu (Azərbaycan)
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (ing. Entrepreneurship Development Fund of the Republic of Azerbaijan) — sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi və təşviq edilməsi istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond ölkədə sahibkarlığın inkişafına dəstək verməklə qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü və idxalı əvəzedən məhsul istehsalının artırılmasına, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi ilə iqtisadiyyatda özəl sektorun payının daha da artırılmasına xidmət edir. == Tarixi == 12 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 269 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Əsasnamə"sinin təsdiq edilməsi ilə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyuldu.1993-cü ilin fevralından Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin xüsusi struktur bölməsi kimi yaradılan Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətə başlamışdır. 27 avqust 2002-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştli kreditlərin istifadəsində yaranmış problemlərin aradan qaldırılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Ümummilli lider Heydər Əliyevin 779 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"nin və ’’Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları’nın təsdiq edilməsi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmi yenidən qurulmuş və bununla da, Fond daha aktiv fəaliyyət fazasına daxil olmuşdur.31 iyul 2018-ci ildə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilmişdir.11 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayı Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb. Fond Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir. == Əsas vəzifələri == Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş bir sıra vəzifələri həyata keçirir: Fondun vəsaiti hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmək; Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitdən səmərəli və təyinatı üzrə istifadəni təmin etmək; Fonda təqdim olunan investisiya layihələrinin ekspertizasını həyata keçirmək; Sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək; Sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahəvi və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Fonda təqdim olunan investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək; Kreditlərdən öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydasını müəyyən etmək; Sahibkarlıq subyektlərinə zəruri hüquqi, iqtisadi və digər məlumatların toplanmasında və yayılmasında, bazar konyunkturunun öyrənilməsində, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında kömək etmək; İqtisadiyyatın sahələri üzrə beynəlxalq təcrübəni öyrənmək, müvafiq təhlil və araşdırmalar aparmaq; Sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək. == Fəaliyyət istiqamətləri == Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi ilə Fondun aşağıdakı fəaliyyət istiqamətləri müəyyən edilmişdir: Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək; Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək; Sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək;Müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq; Sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək. == Dəstək mexanizmləri == Sahibkarlığın inkişafı məqsədilə Fond maliyyələşdirmə, maarifləndirmə və məsləhət xidmətlərini həyata keçirir. Maliyyə dəstəyi mexanizmləri Güzəştli kredit mexanizmi — Fondun güzəştli kredit vəsaiti ölkənin sosial-iqtisadi inkişafı istiqamətləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin aktları ilə, eləcə də Fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet sahələr, xüsusilə qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
Süni intellektin inkişafı assosiasiyası
Süni intellektin inkişafı assosiasiyası (ing. Association for the Advancement of Artificial Intelligence, AAAI) – süni intellektin populyarlaşdırılması, bu sahədə təhsil səviyyəsinin yüksəldilməsi, illik konfransların keçirilməsi, nəşr işi (AI Magazine jurnalı və başqa nəşrlər) və s. ilə məşğul olan qurum. 1979-cu ildə “American Association for Artificial Intelligence” adı ilə yaradılıb. 2007-ci ildə yeni adla adlandırılıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnsan potensialının İnkişafı İndeksi
İnsan İnkişafı İndeksi (İİİ) — 1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatı"nda dünya ölkələrində əhalinin rifahını əks etdirən göstərici. Bu indeks əhalinin rifahını ÜDM-dən daha geniş şəkildə özündə ehtiva edir. İİİ insan inkişafının üç ölçüsünü özündə birləşdirir: uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır); təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır); layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti/AQP, gəlir əsasında hesablanır).Lakin, bu indeks insan inkişafının müfəssəl, hərtərəfli ölçü vasitəsi deyil. Məsələn, buraya gender və ya gəlir bərabərsizliyi, insan hüquqları və siyasi azadlıqların təmin olunması kimi göstəricilər daxil edilmir. Buna baxmayaraq, məhz bu indeks insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir. 2009-cu il hesabatındakı reytinq sistemi istisna olmaqla əvvəlki illərdə reytinq 3 kateqoriyaya bölünmüşdür. Əvvəlki sistemdə 1-dən 63-dək yerləri insan inkişafının yüksək, 64-dən 146-dək yerləri orta, daha sonra isə aşağı olduğu ölkələr tuturdu. 2009-cu ildən etibarən ölkələr 4 kateqoriyaya bölünür. Yeni sistemdə əvvəlkinə əlavə olaraq "çox yüksək" kateqoriyası daxil edilmişdir. == İndeksin hesablanması metodu == İstənilən x {\displaystyle x} göstəricisini qiyməti 0 və 1 arasında dəyişən indeksə çevirmək üçün aşağıdakı formuldan istifadə edilir: x {\displaystyle x} -indeks = x − min ( x ) max ( x ) − min ( x ) {\displaystyle {\frac {x-\min \left(x\right)}{\max \left(x\right)-\min \left(x\right)}}} burada: min ( x ) {\displaystyle \min \left(x\right)} və max ( x ) {\displaystyle \max \left(x\right)} təhlil edilən bütün ölkələr üzrə x {\displaystyle x} göstəricisinin minimal və maksimal qiymətləridir.
Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu
Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (ing. İFAD) — Kənd təsərrüfatının ümumi məsələləri üzrə beynəlxalq təşkilat, Fond yoxsul kənd sakinlərinə yardım göstərir. == Yaradılması == Fond beynəlxalq ərzaq konfransının qərarı ilə 1977-ci ildə İtaliyanın Roma şəhərində təsis edilmişdir. == Əsas məqsədi == İnkişaf etməkdə olan ölkələrdə ərzaq məhsullarının artırılması üçün kənd təsərrüfatının inkişafı üzrə layihələrin maliyyə və texniki müdafiəsi İFAD o ölkələrə uzunmüddətli şərtlərlə kreditlər verir ki, bu fondda onlar iştirak etsinlər. == Üzv dövlətlər == == Birinci dərəcəli donor ölkələr == Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Finlandiya, İsveçrə, Yaponiya == İkinci dərəcəli donor ölkələr == Əlcəzair, Venesuela, Qabon, İndoneziya, İraq, İran, Qətər, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri == İFAD Azərbaycanda == 2011-ci ildə Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD) Azərbaycana 19,35 mln. dollar kredit ayırmışdır. Kredit Azərbaycana ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə verilmişdir. Kredit sazişini Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və IFAD-ın prezidenti Kanayo F.Nvanze fondun Romadakı mənzil-qərargahında imzalayıblar. Layihə Ağdaş, Yevlax, Şəki və Oğuzda 50 min kəndli ailəsinə yardım göstərilməsini nəzərdə tutur. Layihənin istiqamətlərindən biri irriqasiya sisteminin yaxşılaşdırılmasıdır.
Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi
Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi dünyanın 90-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq təşkilatdır. 1993-cü ildə Avstriya və İsveçrə tərəfindən yaradılmış və o vaxtdan bəri 19 üzv dövlətə qədər artmışdır. BMSIM miqrasiya ilə bağlı məsələlər üzrə tədqiqatlar, layihələr və fəaliyyətlər həyata keçirmək və dövlətlərin dövlət qurumlarına, habelə xarici hökumət və hökumətlərarası qurumlara siyasət tövsiyələri vermək üçün yaradılmışdır. BMSIM həmçinin Birləşmiş Millətlər Təşkilatında müşahidəçi statusuna malikdir. BMSIM qlobal əməliyyatlara malik olsa da, o, ilk növbədə Avropa bölgəsinə yönəlib və baş ofisi Vyanada, Avstriyada yerləşir. Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi hazırda 19 Üzv Dövlətdən, təxminən 470 əməkdaşdan, Brüsseldəki missiyadan, Ankara və Maltadakı regional ofislərdən, həmçinin Afrika, Mərkəzi Asiya, Yaxın Şərq və Cənubi Asiyadakı Layihə ofislərindən ibarətdir. == Məqsədləri == Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi miqrasiya ilə bağlı sahələrdə siyasətin işlənib hazırlanmasında, habelə miqrasiya məsələləri ilə bağlı nou-hauların ötürülməsi üçün təlimlərin təşkilində və s. işlərdə hökumətlər, digər beynəlxalq təşkilatlar, tədqiqat institutları və vətəndaş cəmiyyətinin üzvləri ilə əməkdaşlıq edir. Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin məqsədi innovativ, hərtərəfli və davamlı miqrasiya siyasətini təşviq etmək və hökumətlər və təşkilatlar üçün xidmət mübadiləsi mexanizmi kimi fəaliyyət göstərməkdir. Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi nəzəriyyə ilə praktika arasındakı boşluğu aradan qaldırmaqda böyük təcrübəyə malikdir.
взаимоде́йствовать Гимене́й комары́ осо́бенно пли́нтус потенциа́л разъеда́ние ага́вовый безалкого́льный кря́кать мешкова́тый осто́йчивый разбаза́риваться сегментацио́нный суббота andro- impasto incertitude rheology thrombi контрибуция неожиданность оберечься проезд размежёвывать